...

"YENİ SİYASƏT" BLOKU ŞƏXSİYYƏT VƏSİQƏSİ PROBLEMİNİN HƏLLİ ÜÇÜN MSK-NIN QƏRARLAR VERMƏSİNİ TƏLƏB EDİR

Siyasət Materials 8 Avqust 2005 17:44 (UTC +04:00)

"Yeni Siyasət" Seçki Bloku vətəndaşların şəxsiyyət vəsiqəsi ala bilməməsi üzündən seçki prosesindən kənarda qalması ilə bağlı etiraz bəyanatı qəbul edib. Trend in məlumatına görə, seçki blokunun Koordinasiya Şurası Mərkəzi Seçki Komissiyasından (MSK) şəxsiyyət vəsiqəsi almamış vətəndaşların seçki kampaniyasında iştirakına imkan yaradan qərarlar qəbul etməsini tələb edib.

"Yeni Siyasət" blokunun bəyanatında deyilir ki, şəxsiyyət vəsiqəsi almayan 1,5 milyona yaxın vətəndaşın əksəriyyəti maddi imkanı aşağı olanlardır və onların seçkiyə qədər vəsiqə üçün lazım olan pulu tapacağı, bu sənədi alacağı şübhəli görünür.

Səsvermə gününə qədər bir milyon yarım adamın şəxsiyyət vəsiqəsi alması texniki baxımdan da mümkünsüz görünür. Buna görə də MSK çoxsaylı seçicinin öz konstitusion hüququndan məhrum edən, seçkilərin azad, ədalətli və demokratik keçirilməsinə əngəl yaradan bu problemi tez bir zamanda aradan qaldırmalı, müvafiq qərarlar çıxarmalıdır.

Xəbər lenti

Xəbər lenti