...

"YENİ SİYASƏT" BLOKUNUN YENİ ÜZVLƏRİNİN VƏ SEÇKİ QƏRARGAHININ TƏQDİMAT MƏRASİMİ KEÇİRİLƏCƏK

Siyasət Materials 8 Avqust 2005 18:44 (UTC +04:00)

"Yeni Siyasət" Seçki Blokuna yeni üzvlər qəbul edilib. Bu barədə Trend ə bloku üzvü, Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov məlumat verib. Onun sözlərinə görə, "Yeni Siyasət"ə müraciət edən 10-a yaxın şəxs barəsində müzakirələr aparılır və onların əksəriyyətinin bloka qəbul olunmasına razılıq verilib.

Yeni üzvlər barədə bu həftənin sonu açıqlamalar veriləcək. E.Namazov bildirib ki, yeni üzvlərin parlament seçkisində namizədliyi indiyədək vahid namizədlər siyahısına daxil edilməyən dairələrdən irəli sürüləcək.

E.Namazovun sözlərinə görə, gələn həftə "Yeni Siyasət" seçki blokunun bütün namizədlərinin və vahid Seçki Qərargahının təqdimat mərasimi keçiriləcək. Təqdimatda blokun yeni üzvləri ilə bərabər, həm ölkə üzrə bütün seçki dairələrindən irəli sürüləcək namizədlərin yekun siyahısı, həm də blokun vahid seçki konsepsiyası və digər məsələlər barədə açıqlamalar veriləcək.

78 namizədinin seçki dairəsini müəyyən etmiş "Yeni Siyasət" bloku digər seçki blokları və siyasi partiyalarla bir sıra dairələri razılaşdırıb. E.Namazovun sözlərinə Seçki Qərargahının təqdimat mərasmində həmçinin əməkdaşlıq və müttəfiqlik məsələləri barədə məlumat veriləcək, qarşılıqlı şəkildə namizədlərini dəstəklədikləri seçki bloklarının adları açıqlanacaq.

Xəbər lenti

Xəbər lenti