...

"AZADLIQ" BLOKU İQTİDAR-MÜXALİFƏT PARTİYALARININ GÖRÜŞÜ İLƏ BAĞLI CAVABINI AVQUSTUN 9-DA VERƏCƏK

Siyasət Materials 8 Avqust 2005 19:36 (UTC +04:00)

İqtidar-müxalifət partiyalarının avqustun 10-da keçiriləcək növbəti görüşü ilə bağlı iştirakçı partiyalara dəvətnamələr göndərilib. Bu barədə Trend ə görüşün təşkilatçısı olan Vətəndaş Həmrəyliyi Partiyasından (VHP) məlumat verilib.

İqtidar tərəfindən Yeni Azərbaycan Partiyası (YAP), Ana Vətən, Sosial Rifah, müxalifətdən isə Azərbaycan Milli İstiqlal, Azərbaycan Demokrat, Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyaları avqustun 10-u saat 12.00-da VHP-də təşkil olunacaq dəyirmi masaya dəvət ediliblər.

VHP-də düzənlənəcək dəyirmi masa iyulun 29-da YAP-ın qərargahında keçirilmiş görüşdə təyin olunduğundan, iqtidaryönlü partiyalar bu görüşdə iştirak edəcəklər. Lakin iyulun 29-da keçirilmiş görüşə "Azadlıq" blokuna daxil olan müxalifət partiyaları qatılmadığından onların növbəti tədbirdə iştirak edib-etməyəcəyi hələlik məlum deyil.

"Azadlıq" blokundan verilən məlumata görə, bu barədə qərar avqustun 9-da veriləcək. VHP-nin dəvəti ilə görüşdə iştirak edib-etməmələrinə dair "Azadlıq" bloku liderlərinin yekun qərarı hər üç partiyaya aid olacaq. AMİP sədri Əli Əliyev isə VHP-də keçirilək görüşdə iştirak edəcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti