...

GÜRCÜSTANIN AZƏRBAYCANDAKI SƏFİRLİYİ İTMİŞ MOLLANIN HƏMKƏNDLİLƏRİNİN MÜRACİƏTİNİ GÜRCÜSTANIN XARİCİ İŞLƏR NAZİRLİYİNƏ TƏQDİM EDİB

Siyasət Materials 9 Avqust 2005 14:20 (UTC +04:00)

Gürcüstanın Azərbaycandakı səfirliyi itkin düşmüş Sədrəddin Pələngovun həmkəndlilərinin və qohumlarının avqustun 9-da diplomatik missiyanın qarşısında keçirilmiş aksiyanın iştirakçılarının müraciətini Gürcüstan XİN-ə təqdim edib. Bu barədə Trend ə səfirlikdən məlumat verilib.

Səfiroliyin nümayəndəsinin sözlərinə görə, aksiyada Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları Marneuli rayonunun Sadaxlı kəndinin itkin düşmüş sakininin həmkəndlilərindən ibarət 20 nəfər iştirak edib. Aksiya iştirakçıları Gürcüstanın müvafiq strukturlarını fəaliyyət göstərməməkdə, həmçinin, Gürcüstanın Marneuli rayonunun Sadaxlı kəndinin oğurlanmış və ola bilsin ki, qətlə yetirilmiş sakininin hüquq-mühafizə orqanlarının işinin üstünü açılmadıqları üçün etirazlarını bildiriblər.

Aksiya iştirakçılarının qətnamə xarakterli müraciətini Gürcüstanın Azərbaycandakı səfirinin müavini Aleksandr Ahvlediani qəbul edərək dərhal Gürcüstanın XİN-nə çatdırıb. Bu barədə səfirlikdən məlumat veriblər.

Bu arada Azərbaycanın Gürcüstandakı səfirliyinin mətbuat katibi Elxan Poluxov Trend ə bildirib ki, Sədrəddin Pələngovun həmkəndliləri Tbilisidəki Azərbaycan səfirliyinin qarşısında hər hansı bir aksiya keçirmək niyyətində deyillər.

"Səfir Ramiz Həsənov bu məsələni diqqət mərkəzində saxlayır və səfirliyin əməkdaşlarına mütəmadi olaraq Gürcüstanın istintaq qrupu ilə əlaqə saxlamaq barədə göstəriş verib", -deyə E.Poluxov bildirib ki, Sadaxlı sakinləri S.Pələngovun itkin düşmə şəraiti aydışlaşdırılmayınca Gürcüstanın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyasını davam etdirəcəklərini bildiriblər.

Xəbər lenti

Xəbər lenti