...

RASİM MUSABƏYOV MÜSAVAT PARTİYASINDAN XARİC OLUNMAYACAĞINI DEYİR

Siyasət Materials 9 Avqust 2005 14:34 (UTC +04:00)

Müsavat Partiyasının Divan üzvü Rasim Musabəyovun "Azadlıq" seçki blokunun namizədlər siyahısı üzrə deyil, müstəqil şəkildə 23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizədliyini irəli sürməsi onun partiyadan xaric olunması məsələsini gündəmə gətirib. Lakin R.Musabəyov Trend ə açıqlamasında bildirib ki, onun seçkidə müstəqil şəkildə iştirak etməsi heç bir problem yaratmayacaq.

Qeyd edək ki, "Azadlıq" blokunun qərarına əsasən, bloka daxil olan üç partiyanın üzvlərindən kimsə namizədliyini müstəqil şəkildə irəli sürsə, o şəxs partiyadan xaric olunacaq. R.Musabəyov isə bu məsələnin həll olunduğunu və Müsavat Partiyasından kənarlaşdırılmayağını bildirib.

Müsavat Partiyasının mətbuat xidmətindən isə bildiriblər ki, R.Musabəyovla bağlı məsələ partiya daxilində və "Azadlıq" bloku liderlərinin iclasında müzakirəyə çıxarılacaq və müvafiq qərar veriləcək.

Xəbər lenti

Xəbər lenti