...

TRACECA DƏHLİZİ İLƏ ƏLAVƏ KONTEYNER YÜKLƏRİNİN DAŞINMASINI CƏLB ETMƏK ÜÇÜN KOORDİNASİYA QRUPU YARADILIB

Siyasət Materials 9 Avqust 2005 16:00 (UTC +04:00)

Avropa-Qafqaz-Asiya (TRASEKA) nəqliyyat dəhlizi ilə əlavə konteyner yüklərinin daşınması ilə bağlı Azərbaycan, Gürcüstan və Qazaxıstanın Nəqliyyat Nazirliklərinin imzaladıqları protokola müvafiq olaraq bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Bu məqsədlə Azərbaycanın Nəqliyyat, Cürcüstanın İqtisadi İnkişaf və Qrazaxıstanın Nəqliyyat və Kommunikasiya Nazirliklərinin nümayəndələrinin daxil olduqları daimi fəaliyyət göstərən koordinasiya qrupu yaradılıb. Bu barədə Trend ə TRASEKA Hökumətlərarası Komissiyasının Azərbaycanda milli katibi Akif Mustafayev məlumat verib.

Qrupun rəhbəri Azərbaycan Dövlət Dəmiryolu İdarəsinin rəis müavini İqbal Hüseynovdur. Protokolu imzalamış tərəflər tranzit konteyner qatarları üçün 0,4 əmsallıq mövcud tarif dərəcələrini aşağı salınması imkanlarını nəzərdən keçiriblər.

Onun sözlərinə görə, koordinasiya qrupu 2005-ci il oktyabrın 1-də pilot konteyner qatarının istismara buraxılması məqsədilə hazırlıq işləri aparacaq.

A. Mustafayev qeyd edib ki, daşınmaların həyata keçirilməsi üçün operator müəyyən edilib. Azərbaycanın milli katibi əvvəlcə operatorun itki ilə işləyəcəyini, sonradan konteyner daşınmalarının uğurlu təşkilinin böyük gəlir gətirəcəyini istisna etməyib.

"Əlavə konteyner yüklərinin cəlb edilməsi istiqamətində təbliğatın aparılması zəruridir. Təbliğatı üç ölkənin nəqliyyat nazirlikləri aparacaqlar. Və biz də bu istiqamətdə onlara yardım edəcəyik ", - deyə o bildirib.

A.Mustafayev Avropa Komissiyasının bu mühüm təşəbbüsü reallaşdırmaq üçün dəstək göstərəcəyini istisna etməyib.

Xəbər lenti

Xəbər lenti