...

SENTYABRIN 4-DƏ AVROPA ŞURASININ BAŞ KATİBİ AZƏRBAYCANA GƏLƏCƏK

Siyasət Materials 9 Avqust 2005 16:28 (UTC +04:00)
SENTYABRIN 4-DƏ AVROPA ŞURASININ BAŞ KATİBİ AZƏRBAYCANA GƏLƏCƏK

Avropa Şurasının baş katibi Terri Devis sentyabrın 4-də Azərbaycana səfər edəcək. Bu barədə Trend ə XİN-in informasiya və mətbuat idarəsinin rəisi Tahir Tağızadə bildirib.

O qeyd edib ki, səfər respublikada noyabrın 6-da keçiriləcək parlament seçkilərinə hazırlığın gedişi ilə tanış olmaq məqsədi ilə həyata keçiriləcək.

Səfər çərçivəsində Terri Devis noyabrın 5-də Bakıda keçiriləcək "Seçkilər və demokratik inkişaf" konfransında iştirak edəcək.

AŞ baş katibinin səfəri sentyabrın 6-da başa çatacaq.

Xəbər lenti

Xəbər lenti