...

NDI –NİN AZƏRBAYCANDA KEÇİRİLƏCƏK PARLAMENT SEÇKİLƏRİNİN MONİTORİNQİNDƏ İŞTİRAKI MƏSƏLƏSİ AÇIQ OLARAQ QALIR

Siyasət Materials 9 Avqust 2005 17:00 (UTC +04:00)

ABŞ-nın Milli Demokratiya İnstitutu (NDI) nümayəndələrinin Azərbaycanda keçiriləcək parlament seçkilərinin monitorinqində iştirakı haqqında qərar NDI -nin Vaşinqtondakı mərkəzi ofisindən məktub alındıqdan sonra qəbul ediləcək.

Trend agentliyi xəbər verir ki, avqustun 9-da Azərbaycanın XİN başçısı Elmar Məmmədyarovun Vaşinqton səfərinin yekunlarına həsr edilmiş mətbuat konfransında respublika xarici siyasət idarəsinin informasiya və mətbuat idarəsinin rəisi Tahir Tağızadə bu barədə bildirib.

O, qeyd edib ki, Azərbaycanın xarici işlər naziri avqustun 3-də Vaşinqtonda həm də NDI nümayəndələri ilə görüşüb.

"Keçirilən görüşdə qeyd olunub ki, seçkilərin monitorinqində NDI -nin iştirakı məsələsi təşkilat nümayəndələrinin respublikaya gəlmə tapşırığı, tarixi və vaxtının göstərildiyi müvafiq məktub Azərbaycan XİN-ə təqdim edildikdən sonra həll ediləcək"-deyə T. Tağızadə bildirib.

Xəbər lenti

Xəbər lenti