...

PREZİDENT ALMANİYAYA YENİ SƏFİR TƏYİN EDİB

Siyasət Materials 9 Avqust 2005 18:30 (UTC +04:00)

Trend agentliyi bildirir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev avqustun 9-da Hüseynağa Musa oğlu Sadıqovun Azərbaycanın Almaniyadakı fövqəadə və səlahiyyətli səfiri vəzifəsindən geri çağrılması haqqında sərəncam imzalayıb.

Dövlət başçısı digər sərəncamla Pərviz Oqtay oğlu Şahbazovu, ona müvafiq diplomatik rütbə verilməsi ilə Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edib.

Xəbər lenti

Xəbər lenti