...

AZƏRBAYCAN VƏ GYÜRCÜSTAN PREZİDENTLƏRİ ARASINDA TELEFON DANIŞIĞI OLUB

Siyasət Materials 9 Avqust 2005 19:01 (UTC +04:00)

Avqustun 9-da Azərbaycan və Gürcüstan prezidentləri İlham Əliyev və Mixail Saakaşvili arasında telefon danışığı olub.

Azərbaycan prezidentinin İcra Aparatının mətbuat xidmətindən Trend ə verilən məlumata görə, danışıqların gedişində iki dövlət başçısı siyasi, iqtisadi və digər sahələrdə ikitərəfli əməkdaşlığının uğurlu inkişafından məmnunluqlarını ifadə ediblər.

Eyni zamanda, qlobal enerji layihələrinin reallaşdırılması üzrə və eləcə də Bakı-Tbilisi-Ceyhan layihəsinin reallaşdırılması perspektivləri və vəziyyətilə bağlı fikir mübadiləsi aparılıb.

İlham Əliyev və Mixail Saakaşvili Azərbaycan-Gürcüstan əməkdaşlığının gələcək inkişafının zəruriliiyni qeyd ediblər.

Xəbər lenti

Xəbər lenti