...

MİLLİ DEMOKRAT PARTİYASI ƏDLİYYƏ NAZİRLİYİ QARŞISINDA İCAZƏSİZ PİKET KEÇİRMƏKDƏ İSRARLIDIR

Siyasət Materials 9 Avqust 2005 19:17 (UTC +04:00)

Azərbaycan Milli Demokrat Partiyası (AMDP) bir qrup üzvü avqustun 10-da saat 11.00-da Ədliyyə Nazirliyinin binası qarşısında piket keçirəcək. Bu barədə Trend ə AMDP-dən məlumat verilib. Aksiya partiya qeydiyyata alınmasının yubadılmasına etiraz əlaməti olaraq keçiriləcək.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti isə piketin keçirilməsinə rəsmi icazə verməyib. Lakin partiya fəalları bu cavabı qanunsuz hesab edərək vətəndaşların və siyasi partiyaların sərbəst toplaşmaq azadlığının pozulması kimi qiymətləndiriblər. "Bz Qurd"çular nazirlik qarşısında etiraz aksiyasını keçirməkdə israrlı olduqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti