...

İLHAM ƏLİYEV AZƏRBAYCANLA XORVATİYA ARASINDA ƏMƏKDAŞLIĞA DAİR SƏNƏDLƏRİ İMZALAYIB

Siyasət Materials 10 Avqust 2005 13:09 (UTC +04:00)

Avqustun 9-da prezident İlham Əliyev 2005-ci il iyunun 10-da Zaqreb şəhərində Azərbaycanla Xorvatiya arassında imzalanmış sənədlərin təsdiq olunmasına dair sərəncam imzalayıb.

Trend in məlumatına görə, sərəncamda təsdiqlənmiş sənədlərin siyahısı verilir.

Bu hər iki hökumət arasında mədəni əməkdaşlığa dair saziş, Azərbaycanın Xarici İşlər Nazirliyi ilə Xorvatiyanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi arasında əməkdaşlığa dair protokol, həmçinin Azərbaycan və Xorvatiyanın aviasiya hakimiyyət orqanları arasında əməkdaşlıq memorandumdur.

Azərbaycan hökumətinə sənədlərin həyata keçirilməsi üzrə zəruri tədbirlər görmək, ölkənin Xarici İşlər Nazirliyinə isə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlət daxili prosedurların yerinə yetirilməsi barədə Xorvatiya hökumətini xəbərdar etmək tapşırılır.

Xəbər lenti

Xəbər lenti