...

İLHAM ƏLİYEV "AZƏRBAYCANIN MÜLKİ MƏCƏLLƏSİNİN QÜVVƏYƏ MİNMƏSİNƏ DAİR QANUNA ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏRİN EDİLMƏSİ HAQQINDA" FƏRMAN İMZALAYIB

Siyasət Materials 10 Avqust 2005 13:44 (UTC +04:00)

Avqustun 9-da Azərbaycan Respublikasının prezidenti İlham Əliyev "AR Mülki Məcəlləsinin qüvvəyə minməsi və bununla əlaqədar hüquqi tənzimləmə məsələləri haqqında" qanuna və bu qanunla təsdiq olunmuş "Azərbaycanın Mülki Məcəlləsi"nə "Əlavə və dəyişikliklərin edilməsinə dair" fərman imzalayıb.

Trend in məlumatına görə, fərmana əsasən, Nazirlər Kabinetinə iki ay müddətində ölkənin mövcud qanunvericilik aktlarının ölkənin Mülki Məcəlləsinə uyğunlaşdırılmasına dair təkliflər hazırlayaraq prezidentə təqdim etmək, Azərbaycan hökumətinin normativ-hüquqi aktlarının bu qanuna uyğunluğunu təmin etmək tapşırılır.

"Müvafiq İcra Hakimiyyəti orqanının" bu səlahiyyətləri Azərbaycanın Nazirlər Kabineti yanında Dövlət Daşınmaz Əmlak Reyestri Xidməti tərəfindən həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti