...

HÜQUQŞÜNASLARIN SEÇKİ BLOKU 19 NAMİZƏD İRƏLİ SÜRÜB

Siyasət Materials 10 Avqust 2005 14:19 (UTC +04:00)

"Parlament-2005" Hüquqşünasların Seçki Bloku seçkidə irəli sürdüyü namizədlərin siyahısını açıqlayıb. Seçki blokundan Trend ə verilən məlumata görə, hüquqşünasların seçki blokunun 19 nəfər namizədi var.

Ölkənin tanınmış hüquqşünasları olan bu şəxslərin namizədliyi həm Bakıdan, həm də müxtəlif rayonlardan irəli sürülür. Qeyd edək ki, Hüquqşünasların Seçki Blokunda 70-ə yaxın hüquqşünas təmsil olunur.

Bu blok ölkədə azad və demokratik seçkilərin keçirilməsi, seçki qanunvericiliyinin təkmilləşdirilməsi, seçkilərin monitorinqinin təşkili, parlamentə namizədliyini irəli sürmüş ən layiqli nümayəndələrə dəstək verilməsi istiqamətlərdə fəaliyyət göstərəcək.

Blokun yaradılmasında əsas məqsəd bu proseslərdə hüquqşünasların daha fəal iştirakını təmin etmək, onların potensialından daha səmərəli istifadə etməkdir.

Hazırda onlarla hüquqşünası birləşdirən blokun 3 nəfərdən ibarət Koordinasiya Mərkəzi fəaliyyət göstərir. Blokun daimi fəaliyyət göstərən 5 komissiyası və 10-a yaxın işçi qrupları var. Blok seçki qanunvericiliyinin təkmilləşdirilməsinə yönələn təkliflər paketi hazırlayıb.

Həmçinin seçki qabağı vəziyyətin, sərbəst toplaşmaq azadlığının vəziyyəti, seçki hüquqlarının pozulması ilə bağlı müntəzəm olaraq apardığı monitorinqlərin nəticələrini yayır, seçici fəallığının artırılmasına, seçki maarifləndirilməsinə yönələn tədbirlər keçirir.

Xəbər lenti

Xəbər lenti