...

21 CİNAYƏT FAKTI QEYDƏ ALINIB, 25 NƏFƏR TUTULUB

Siyasət Materials 10 Avqust 2005 15:27 (UTC +04:00)

Avqustun 9-da daxili işlər orqanları tərəfindən 21 cinayət faktı qeydə alınıb ki, onlardan 20- nin üçtü "isti izlər"lə açılıb. Bu barədə Trend ə DİN mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Gün ərzində respublika ərazisində 7 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər ölüb, 11 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 2 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt, qanunsuz saxlanılan silah-sursatla bağlı isə 1 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə ümumilikdə 25 nəfər tutulub.

Xəbər lenti

Xəbər lenti