...

MÖVSÜM BAŞLAYANDAN ABŞERON VƏ SUMQAYIT ÇİMƏRLİKLƏRİNDƏ 36 NƏFƏR SUDA BATIB

Siyasət Materials 10 Avqust 2005 18:08 (UTC +04:00)

Avqustun 10-da Dövlət Sulardan Xilasetmə Xidmətinin (DSXX) təbliğat və təşviqat sektorunun müdiri Rafiq Ağayev mətbuat konfransı keçirib. Trend in məlumatına görə, R.Ağayev mövsüm başlayandan bu günə qədər Abşeron və Sumqayıt çimərliklərində 36 nəfərin batdığını bildirib.

R.Ağayev: "Onlardan 14-ü özəl, 5-i dövlət çimərliklərində, 17-si isə qeyri çimərlik ərazilərində batıb. Özəl çimərliklərdə xilasedicilərin sayı az olduğuna görə belə hadisələr tez-tez baş verir" - deyə Rafiq Ağayev

həmin çimərlik sahiblərinin DSXX ilə müqavilə bağlayarkən çoxlu pul ödəmək istəmədikləri üçün 1 və ya 2 xilasedici götürdüyünü qeyd edib. Xilasedici qüvvəsi az olduğundan çimərlikdə batanların həyatını xilas etmək də mümkün olmur".

Rafiq Ağayev onu da bildirdi ki, suda batma halları əsasən Mərdəkandakı Şimali Qress deyilən və qayalıqlar çox olan qeyri-çimərlik zonasında baş verir. Avqustun 9-da daha bir nəfər şəhər sakininin Fatmayıdakı qeyri-çimərlikdə batdığını bildirən Rafiq Ağayevin sözlərinə görə, DSXX-nin xilasedici qrupunun həmin ərazidə apardığı axtarışlar hələ də nəticə verməyib. Bilgəh çimərliyindən çıxarılmış meyitlərdən birinin isə hələ də şəxsiyyəti müəyyənləşdirilməyib.

Xəbər lenti

Xəbər lenti