...

XOSROV CAVADOVUN MƏHKƏMƏSİ SABAH MTN-də DAVAM ETDİRİLƏCƏK

Siyasət Materials 10 Avqust 2005 18:40 (UTC +04:00)

Avqustun 11-də DİN Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkili, hazırda həbsdə olan Hacı Məmmədovun yaxın qohumu, qanunsuz silah saxlamaqda təqsirləndirilən Xosrov Cavadovun məhkəməsi Milli Təhlükəsizlik Nazirliyində davam etdiriləcək. Bu məlumatı Trend ə Xosrov Cavadovun vəkili Aydın Nəzərli verib.

Vəkilin sözlərinə görə, MTN rəhbərliyi Xosrov Cavadovun Abşeron rayon Məhkəməsində keçirilən məhkəmə iclasında əsas şahid kimi dindirilməli olan Hacı Məmmədovun və onun sürücüsü Rövşən Quliyevin istintaq təcridxanasından çıxarılaraq həmin məhkəməyə gətirilməsinə razılıq verməyib.

Ona görə də məhkəmə məhkəmə iclasının MTN-də davam etdirilməsi nəzərdə tutulub. Vəkil onu da bildirib ki, MTN qapalı qurum olduğuna görə jurnalistlərin məhkəmə iclasını izləməsi mümkün olmayacaq.

Bu məlumatı dəqiqləşdirmək üçün MTN-in İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Arif Babayevə müraciət etdik. A.Babayev onda belə bir məlumatın olmadığını söylədi.

Xəbər lenti

Xəbər lenti