...

DİP RUSLAN BƏŞİRLİNİN ƏTRAFINDAKI PROBLEMLƏ BAĞLI ZORAKILIĞA YOL VERMƏMƏYƏ ÇAĞIRIB

Siyasət Materials 10 Avqust 2005 20:00 (UTC +04:00)

"Yeni Fikir" gənclər təşkilatının rəhbəri Ruslan Bəşirlinin müxtəlif telekanallarda yayımlanan kadrlardakı ifadə və hərəkətləri yalnız qınana bilərBiz çox təəssüf edirik ki, Azərbaycan gənclərinin qeyri-hökumət təşkilatını xaricdə nəinki siyasətçiyə, ümumiyyətlə gəncə ğyaraşmayan hərəkətlər edən şəxs təmsil edib". Trend agentliyi bildirir ki, bu barədə Azərbaycan demokratik islahatlar Partiyasının avqustun 10-da partiyanın siyasi şurasının iclasında qəbul edilmiş bəyanatında deyilir.

Sənəddə qeyd olunur ki, hər bir şəxsin yaxud siyasi təşkilatın istənilən məsələ, o cümlədən sözügedən məsələ ilə bağlı fikir bildirmək hüququ var. "Amma bu prosesin sçiyasi opponentlərin ləkələnməsi və qarşılıqlı zorakılıq aktları ilə müşahidə olunan bir hadisəyə çevrilməsi yolverilməzdir.

Biz əminik ki, bu cür ictimai mühit qarşıdan gələn seçkilərin azad və demokratik şəraitdə keçirilməsinə kömək etmir"-deyə bəyanatda deyilir.Həmçinin burada "mübarizənin sivil qaydalar çərçivəsində aparılmasına və zorakılığa əl atmamağa" çağırış qeyd olunur.

Xəbər lenti

Xəbər lenti