...

"YENİ SİYASƏT" VƏ "AZƏRBAYCANÇI QÜVVƏLƏR" SEÇKİ BLOKLARININ SAZİŞ BAĞLAMASI BAŞ TUTMAYIB

Siyasət Materials 11 Avqust 2005 13:07 (UTC +04:00)

Bu həftə ərzində "Yeni Siyasət" və "Azərbaycançı Qüvvələr" seçki blokları arasında əməkdaşlığa dair saziş imzalanması baş tutmayıb. "Azərbaycançı Qüvvələr" Seçki Blokunun Mərkəzi Seçki Komissiyasındakı (MSK) səlahiyyətli nümayəndəsi Akif Heydərli Trend ə bildirib ki, bu məsələ ilə bağlı tərəflər arasında fikir ayrılıqları var.

A.Heydərli qeyd edib ki, sazişdən əvvəl bütün dairələr üzrə namizədləri müəyyənləşdirmək lazımdır. Lakin 7-8 dairədə seçki blokları öz namizədlərini hələ müəyyən etməyib və real şansı olan namizəd barədə razılığa gəlinməyib. "Hər iki blok öz aralarında ya dairələri bölməli, ya da şanslı namizədə güzəştə gedərək onu dəstəkləməlidir. Amma fikir ayrılığına görə saziş bağlanması reallaşmır".

A.Heydərli bildirib ki, gələn həftənin üçüncü gününə qədər bütün seçki dairələrindən namizədlər müəyyənləşəcək və həmin vaxt "Yeni Siyasət"lə "Azərbaycançı Qüvvələr"in saziş bağlayıb-bağlamaması məlum olacaq.

Xəbər lenti

Xəbər lenti