...

"YAŞAYIŞ MİNİMUMU HAQQINDA" QANUNUN TƏTBİQ OLUNMASI İLƏ ƏLAQƏDAR BİR SIRA QANUNVERİCİLİK AKTLARINA DƏYİŞİKLİKLƏR EDİLİR

Siyasət Materials 11 Avqust 2005 14:13 (UTC +04:00)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev "Yaşayış minimumu haqqında" qanunun tətbiq edilməsi ilə əlaqədar ölkənin bir sıra qanunvericilik aktlarına dəyişikliklərin edilməsinə dair sərəncam imzalayıb.

Trend in məlumatına görə, Nazirlər Kabinetinə (NK) bir ay ərzində "Yaşayış minimumu haqqında" qanunun tətbiq olunması ilə bağlı təkliflər hazırlayaraq prezidentə təqdim etmək, Nazirlər Kabineti və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının unifikasiyasını təmin etmək və bu barədə prezidentə məlumat vermək, həmçinin öz səlahiyyətləri çərçivəsində qanunun qəbul edilməsi ilə bağlı digər məsələləri həll etmək tapşırılır.

Xəbər lenti

Xəbər lenti