...

AVQUSTUN 10-NA OLAN KRİMİNAL XRONİKA

Siyasət Materials 11 Avqust 2005 14:25 (UTC +04:00)

Avqustun 10-da Daxili Işlər orqanlari tərəfindən 23 cinayət faktə qeydə alınıb. Bu barədə Trend ə DİN Mətbuat Xidmətindən məlumat verilib. Məlumatda göstərilir ki, həmin cinayət fatklarından 17-sinin üstü açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 17 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Gün ərzində 7 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 5 nəfər ölüb, 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 5 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə bağlı 7, qanunsuz saxlanılan silah-sursatla bağlı isə 6 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə ümumilikdə tutulanların sayı 40 nəfər olub.

Xəbər lenti

Xəbər lenti