...

ABŞ BAKIDA TİKDİRDİYİ MÜVƏQQƏTİ DƏNİZ KOMANDA-NƏZARƏT MƏRKƏZİNİ GENİŞLƏNDİRMƏYƏ ÜMİD EDİR

Siyasət Materials 11 Avqust 2005 14:36 (UTC +04:00)

(Mediamaks) - Yaxın 6 ildə Pentaqon Azərbaycan və Qazaxıstanın əsas iştirakçıları olduğu "Xəzərin keşikçisi" (Caspian Guard Initiative) təşəbbüsünün inkişafına 130 milyon dollar ayrılmasını planlaşdırır. Bu barədə Amerikanın hərbi "Stars and Stripes" qəzetinin müxbirinə ABŞ Silahlı Qüvvələrinin Avropa komandanlığı üçün "Xəzərin keşikçis" proqramının yaradılmasının koordinatoru podpolkovnik Skot Svitser (Scott Sweetser) məlumat verib.

"Xəzərin keşikçisi" proqramı sayəsində, ABŞ Xəzər dənizində patrul çəkməni yaxşılaşdırmağa, regionda sərhədlərin mühafizəsini təmin etmək, terrorçuların, silah və narkotiklərin yerdəyişməsinin qarşısını almaq və ümumilikdə sabitliyə nail olmaq niyyətindədır.

Hazırda Azərbaycan və Qazaxıstanın proqramın əsas iştirakçıları olmasına baxmayaraq, Skott Svitser qarşıdakı illərdə onun genişləndiriləcəyini istisna etməyib.

Xəbər lenti

Xəbər lenti