...

"QARABULAQ" İSTİRAHƏT MƏRKƏZİNİN DİREKTOR MÜAVİNİNİN MƏHKƏMƏSİ BAŞLANDI

Siyasət Materials 11 Avqust 2005 16:06 (UTC +04:00)

Avqustun 11-də Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə hakim Şakir Ələsgrovun sədrliyi ilə Qarabulaq İstirahət Mərkəzinin direktor müavini işləmiş, qanunsuz sursat və narkotik maddə saxlamaqda təqsirləndirilən Cəbrayıl Axundovun məhkəməsi başlanıb. Trend məlumat verir ki, Cəbrayıl Axundov bu ilin mart ayında Hacı Məmmədovun dəstəsinin üzvü kimi həbs edilib. MTN əməkdaşları tərəfindən C.Axundovun yaşadığı mənzildə axtarış aparılarkən tratil şaşkası və narkotik maddə aşkar edilib.

Məhkəmədə ifadə verən Cəbrayıl Axundov göstərib ki, mənzildən tapılmış həmin sursat və heroin ona məxsus olmayıb. Həmin əşyalar onun yaşadığı mənzilə axtarış aparmağa gələn MTN işçiləri tərəfindən gətirilib. Sonradansa onların guya mənzildən tapılmaları barədə protokol tərtib olunub.

Məhkəmə iclası avqustun 12-də şahid ifadələri ilə davam etdiriləcək. Şahidlər MTN əməkdaşları olduqlarına görə iclas qapalı keçiriləcək.

Xatırladaq ki, Abşeron rayon Məhkəməsində həmin istirahət mərkəzinin direktoru Xosrov Cavadovun da məhkəməsi keçirilir.

Xəbər lenti

Xəbər lenti