...

AZƏRBAYCAN PREZİDENTİ İKT ÖLKƏLƏRİ XİN BAŞÇILARININ 33-CÜ KONFRANSININ BAKIDA KEÇİRİLMƏSİNƏ DAİR SƏRƏNCAM İMZALAYIB

Siyasət Materials 11 Avqust 2005 18:30 (UTC +04:00)
AZƏRBAYCAN PREZİDENTİ İKT ÖLKƏLƏRİ XİN BAŞÇILARININ 33-CÜ KONFRANSININ BAKIDA KEÇİRİLMƏSİNƏ DAİR SƏRƏNCAM İMZALAYIB

Azərbaycan Respublikası İlham Əliyev avqustun 11-də İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrin xarici işlər nazirlərinin növbəti 33-cü konfransının 2006-cı ildə Bakıda keçirilməsinə dair sərəncam imzalayıb.

Trend agentliyi bildirir ki, sənədə əsasən, Azərbaycanın baş naziri Artur Rəsizadənin sədrliyi ilə təşkilat komitəsi yaradılıb.AR xarici işlər naziri Elmar Məmmədyarov onun müavini təyin edilib.

Komitənin tərkibinə bir çox nazirlik və idarə rəhbərləri daxildir.Qrupa tədbirlərin müvafiq proqramının işlənib-hazırlanması və bunların yerinə yetirilməsinin təmin edilməsi tapşırılıb.

Xatırladaq ki, xarici işlər nazirlərinin 33-cü konfransının Bakıda keçirilməsi barədə qərar iyulun 28-30-da İKT XİN başçılarının Yəməndə keçirilən 32-ci konfransında qəbul edilib.

Xəbər lenti

Xəbər lenti