...

39 SAYLI KƏPƏZ 1 DSK-YA 12 NƏFƏR NAMİZƏDLİK ÜÇÜN MÜRACİƏT EDİB

Siyasət Materials 11 Avqust 2005 18:36 (UTC +04:00)

İndiyədək 39 saylı Kəpəz 1 DSK-ya 12 nəfər namizədlik üçün müraciət edib. Hər 12 nəfərin sənədləri qəbul olunub. Məlumat müvafiq dairə komissiyalarından Trend nümayəndəsinə verilib. Ümumiyyətlə, Gəncə üzrə namizədlərin qeydə alınması məsələsi aşağıdakı kimidir.

37 saylı (Nizami rayon, I) DSK üzrə 11 nəfər namizədlik üçün müraciət edib və imza vəsiqəsi alıb. 38 saylı (Nizami rayon, II) DSK üzrə 6 nəfər namizədlik üçün müraciət edib. Onlardan 5-nin imza vərəqələri götürülüb. 39 saylı (Kəpəz rayon, I) DSK üzrə 12 nəfər namizədlik üçün müraciət edib.

Onlardan 9-nun imza vərəqələri götürülüb.40 saylı (Kəpəz rayon, II) DSK üzrə 12 nəfər namizədlik üçün müraciət edib. Hamısının imza vərəqələri götürülüb.

Xəbər lenti

Xəbər lenti