...

ZONA SEMİNARLARI DAVAM EDİR

Siyasət Materials 11 Avqust 2005 18:38 (UTC +04:00)

Respublika prezidentinin 5 may 2005-ci il tarixli sərəncamında seçki komissiyalarının mütəmadi olaraq maarifləndirilməsi nəzərdə tutan sərəncamdan irəli gələn göstərişlərə əsasən MSK üzvlərinin iştirakı ilə vaxtaşırı seminarlar təşkil olunur. Avqustun 11-də Gəncədə bu çür treninqlərdən daha biri keçirilib. MSK-nın üzvü Fuad Cavadovun apardığı seminar namizədlərin irəli sürülməsi və qeydə alınması mövzusuna həsr olunub.

Əvvəlcə şəhərimizdəki DSK sədrləri indiyədək görülən işlər barəsində qısa məlumat verib. Qeyd edək ki, avqustun 10-dək ümumilikdə Gəncə üzrə Azərbaycan Respublikası Milli Məclis üzvlüyünə 67 nəfər namizədliyi irəli sürülən var.

Seminarın gedişində namizədlərin qeydiyyatı, bank depozitləri, maliyyə məsələləri ilə bağlı qaydaların izah olunması ilə yanaşı dairə və məntəqə üzvlərinin bir sıra sualları da MSK üzvünə ünvanlandı. Bu məsələlər içərisində daha çox səs-küy yaradan komissiya üzvlərinin əmək haqları ilə bağlı məsələ idi.

Belə ki, sual verənlər respublikada minimum əmək haqqının 150 minə catdırılmasının məntəqə və dairə SK üzvlərinin də maaşlarına təsir edib-etməyəçəyi ilə maraqlanırdılar. Çavablardan isə məlum oldu ki, komissiya üzvlərinə maaş deyil, müavinət verilir. Ona görə də minimum əmək haqqının qalxıb enməsinin buna təsiri yoxdur.

Xəbər lenti

Xəbər lenti