...

GƏNCƏ SEÇİCİLƏRİNİN SİYAHILARI HAZIRDIR

Siyasət Materials 11 Avqust 2005 18:40 (UTC +04:00)

Bu il keçiriləcək parlament seçkilərinə hazırlığın əsas mərhələlərindən biri olan seçici siyahıları artıq tərtib olunub. Seçki məcəlləsinin 46-cı maddəsinin müvafiq bəndinə əsasən seçki dairələri üzrə tərtib olunan seçici siyahıları hər il yenilənərək aprel ayının 5-dək Mərkəzi Seçki Komissiyasına təqdim olunur və bu qurumun müəyənləşdirdiyi formada hər il mayın 30-dək təsdiq edilir.

Elə bu tələblərə əsasən Gəncədə fəaliyyət göstərən 4 seçki dairəsi tərəfindən artıq müəyyən olunan tarixdən seçici siyahıları hazırlanıb. Bu haqda 39 saylı Dairə Seçki Komissiyasının sədri İbrahim Cəfərov Trend ə məlumat verib: Seçici siyahıları artıq hazır olsalar da, onlar səsvermə gününə azı 35 gün qalana qədər dəqiqləşdirilməlidir.

Bu siyahılarla əhalinin tanış olması və əlavə dəqiqləşdirmələr aparılması üçün seçkiyə 65 gün qalmış onlar səsvermə otağından kənarda, seçicilərin yaxşı görə biləcəyi yerlərdəki məlumat lövhələrində asılmalıdır.

Aldığımız məlumata görə Gəncə şəhəri 39 saylı Dairə Seçki Komissiyası tərəfindən 37005 nəfərlik seçici siyahısı tərtib olunub. Təyin olunan müddətədək siyahılara müəyyən əlavələrin edilməsi də istisna edilmir.

Xəbər lenti

Xəbər lenti