...

AYAZ MÜTƏLLİBOVUN SƏNƏDLƏRİ GƏLƏN HƏFTƏ SEÇKİ KOMİSSİYASINA TƏQDİM OLUNACAQ

Siyasət Materials 11 Avqust 2005 18:44 (UTC +04:00)

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) lideri, eks-prezident Ayaz Mütəllibovun parlament seçkisində iştirakla bağlı sənədləri gələn həftə 17 saylı Yasamal üçüncü seçki dairəsinə təqdim olunacaq.

Bu barədə Trend ə ASDP-dən məlumat veriləcək. Partiyadan bildirilib ki, hazırda A.Mütəllibovun sənədləri üzərində iş gedir və seçki dairəsinə təqdim olunmaq üçün lazımı sənədlər bu həftənin sonunadək hazırlanacaq.

A.Mütəllibovun ölkəyə qayıtması və parlament seçkisində iştirakına şərait yaradılmasına gəldikdə, ASDP-çilər bu məsələ ilə bağlı prezident İlham Əliyevin cavabını gözləyirlər.

Çünki "Yeni Siyasət" bloku A.Mütəllibovun Azərbaycana qayıtması və seçkidə iştirak etməsi ilə bağlı prezidentə müraciət edib. Bununla yanaşı beynəlxalq qurumların da Azərbaycan hökuməti ilə danışıqlar apardığı bildirilib.

Xəbər lenti

Xəbər lenti