...

"BİZİM AZƏRBAYCAN" BLOKU ŞƏXSİYYƏT VƏSİQƏLƏRİNDƏ TARİXİ TORPAQLARIMIZIN QEYD OLUNMAMASINA ETİRAZ EDİR

Siyasət Materials 11 Avqust 2005 19:53 (UTC +04:00)

"Bizim Azərbaycan" bloku avqustun 27-də keçirilməsi planlaşdırılan "Azadlıq" seçki blokunun yürüş-mitinqini dəstəkləyir. Trend in məlumatına görə bu barədə "Bizim Azərbaycan" blokunun rəhbəri, Müsavat Partiyasının başqanı İsa Qəmbər jurnalistlərə məlumat verib.

O, bildirib ki, seçki komissiyalarının poritet əsaslarla formalaşdırılması, vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin olunması sahəsində ciddi problemlər var. Bununla bağlı "Bizim Azərbaycan" bloku bəyanat qəbul edib.

Bəyanatda deyilir ki, şəxsiyyət vəsiqələrində Azərbaycan ərazisində anadan olmuş vətəndaşın hansı rayonda və kənddə doğulması göstərildiyi halda, Ermənistan və Gürcüstandan olan vətəndaşların anadan olduqları kəndlərin adları göstərilmir.

"Uzun illərdir xalqımıza qarşı soyqırım, işğılçılıq siyasəti yeridən ermənilər azərbaycanlıların Ermənistanda heç vaxt aborigen (yerli əhali) olmadığını sübut etməyə çalışırlar.

Ona görə də Azərbaycanda pasportlar dəyişdirilərkən Ermənistan və Gürcüstan ərazisində olan ərazilərimizin adlarının göstərilməməsi milli maraqlarımıza ziddir. Bununla həm də tarixi torpaqlarımızın unudulmasına rəvac verilir"-deyə "Bizim Azərbaycan" blokunun bəyanatında vurğulanır.

Xəbər lenti

Xəbər lenti