...

SENTYABRIN 1-DƏ İTALİYANIN YENİ TƏYİN OLUNMUŞ SƏFİRİ AZƏRBAYCANA GƏLƏCƏK

Siyasət Materials 12 Avqust 2005 13:07 (UTC +04:00)

İtaliyanın Azərbaycana yeni təyin olunmuş səfiri Can Luici Maşa sentyabrın 1-də Azərbaycana gələcək. Bu barədə Trend ə İtaliyanın Azərbaycandakı səfirliyində bildirilib.

Azərbaycan tərəfi artıq diplomatın namizədliyini qəbul edib. Azərbaycan Can Luici Maşanın səfir vəzifəsində çalışacağı ilk ölkədir. Azərbaycana təyin olunmazdan əvvəl diplomat Vyanadakı beynəlxalq təşkilatlarda İtaliyanın rəsmi nümayəndəsi olub.

İtaliyanın Azərbaycandakı səfiri Marqarita Kostanın diplomatik missiyası isə avqustun 20-də başa çatır. Xatırladaq ki, M.Kosta Azərbaycanda bu vəzifədə 4 il çalışıb. Onun növbəti təyinatı isə İtaliya XİN-nin qərarı ilə müəyyən olunacaq.

Xəbər lenti

Xəbər lenti