...

"AZADLIQ" BLOKU 6 RAYONDA İLKİN SEÇKİ KEÇİRİR

Siyasət Materials 12 Avqust 2005 14:03 (UTC +04:00)

Avqustun 12-də "Azadlıq" seçki blokunun ölkə üzrə 6 seçki dairəsində vahid namizədini müəyyən etmək üçün ilkin seçki keçirilir. AXCP-dən Trend ə bildirilib ki, Əli Bayramlı, Balakən, Masallı, Qazax, Şəmkir və Abşeron rayonlarında bir dairə üzrə ilkin seçki təşkil olunub. Bu dairələrdən 2-3 namizəd arasında seçim edilir.

45 saylı Abşeron seçki dairəsindən AXCP və Müsavatın, 46 saylı Əli-Bayramlı seçki dairəsindən AXCP və ADP-nin, 98 saylı Şəmkir seçki dairəsindən hər üç partiyanın, 107 saylı Qazaxdan da hər üç partiyanın, 109 saylı Balakən dairəsindən AXCP və Müsavatın, 71 saylı Masallı dairəsindən AXCP və Müsavatın namizədləri irəli sürülüb. Seçkinin nəticələri axşam saatlarında məlum olacaq.

Xəbər lenti

Xəbər lenti