...

MİLLİ DEMOKRAT PARTİYASI AVQUSTUN 24-DƏ ƏDLİYYƏ NAZİRLİYİ QARŞISINDA PİKET KEÇİRƏCƏK

Siyasət Materials 12 Avqust 2005 15:47 (UTC +04:00)

Azərbaycan Milli Demokrat Partiyası (AMDP) Ədliyyə Nazirliyi qarşısında növbəti piketini avqustun 24-də keçirəcək. Bu barədə Trend ə AMDP-dən məlumat verilib. Partiya aksiyanın dinc keçirilməsi üçün avqustun 12-də Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.

Bildirilib ki, AMDP-nin qeydiyyat probleminin həllinin yubadılmasına etiraz əlaməti olaraq avqustun 24-də saat 12.00-dan 12.30-dək Ədliyyə Nazirliyinin binası qarşısında piket keçiriləcək.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti AMDP-nin ötən dəfəki müraciətinə rədd cavabı vermişdi və partiya fəallarının avqustun 10-da keçirdiyi icazəsiz aksiyanın qarşısı alınmışdı.

Xəbər lenti

Xəbər lenti