...

GƏNCƏ BİZNES QRUP FƏALİYYƏTİNİ GENİŞLƏNDİRİR

Siyasət Materials 12 Avqust 2005 15:55 (UTC +04:00)

Gəncə şəhəri İcra Hakimiyyəti və Gəncə Biznes Qrup 11 avqust 2005-ci ildə Yeni Gəncə massivində kənd təsərrüfatı və gündəlik tələbat mallarının satış sərgisini təşkil etmişdi. Sərgidə Gəncə şəhərinin 20 müəssisəsi və qərb bölgəsinin 8 rayonundan gəlmiş fermerlər iştirak edirdi.

GBQ-nin direktor müavini Trend nümayəndəsilə söhbətində bildirdi ki, belə satış sərgilər istehsalçılar, emalçılar, satıcılar və alıcılar arasında əlaqələri genişləndirmək və alıcı ehtiyaclarını öyrənmək üçün imkanlar yaradır. Bu satış sərgilərdə istehsalçı alıcı ilə birbaşa təmasda olur, onun məhsula irad və təkliflərini öyrənir.

Digər tərəfdən alıcının hansı məhsulu istədiyini istehsalçı bilir. Emal sahələri sonrakı sərgi üçün sifarişlər alır. Bu sərgiyə məhsul çıxaran torpaq istifadəçiləri gördülər ki, hazırda emal olunacaq məhsullar daha tez satılır.

"Neon", "Elba", "İnterpak", "Şərab 2", "Xalça" və "Toxuculuq" ATSC, eləcə də fermerlərimiz, sərgiyə gətirdikləri məhsulların çox hissəsinin satılmasını, belə tədbirlərin əhali tərəfindən dəstəkləndiyini göstərir.

Xəbər lenti

Xəbər lenti