...

30 NƏFƏR HƏBS EDİLİB

Siyasət Materials 12 Avqust 2005 16:46 (UTC +04:00)

Avqustun 11-də Daxili Işlər orqanları tərəfindən 25 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Məlumatda göstərilir k, həmin cinayət fatklarından 17-sinin üstü açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 13 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Gün ərzində 6 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər ölüb, 12 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 4 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə bağlı 6, qanunsuz saxlanılan silah-sursatla bağlı isə 1 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə ümumilikdə tutulanların sayı 30 nəfər olub.

Xəbər lenti

Xəbər lenti