...

ELEKTRON KİV-LƏRDƏ SEÇKİNİN İŞIQLANDIRILMASINA DAİR MONİTORİNQ APARILIB

Siyasət Materials 12 Avqust 2005 17:07 (UTC +04:00)

"Nəcəf Nəcəfon Fondu" bu il may ayından başlayaraq elektron kütləvi informasiya vasitələrində (televiziya və radio) seçki kampaniyasının aparılması ilə bağlı monitorinq keçirib.

Trend in məlumatına görə, bu barədə avqustun 12-də Beynəlxalq Mətbuat Mərkəzində "Elektron KİV seçkiqabağı kampaniya ərəfəsində" mövzusunda keçirilən dəyirmi masada açıqlama verilib. Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus bildirib ki,

"Nəcəf Nəcəfon Fondu" müstəqil elektron KİV-lərin seçki ərəfəsində necə işləməsi, seçki prosesini hansı şəkildə işıqlandırması, onların tərəfsizliyinin və obyektivliyinin səviyyəsi ilə bağlı monitorinq aparılıb. L.Yunus qeyd edib ki, monitorinqin nəticəsi kimi sonda hesabat hazırlanıb.

Monitorinqin məqsədi seçkinin işıqlandırılmasında KİV-lərin rolunu, təsirini öyrənmək, onların nə dərəcə tərəfsiz və obyektiv fəaliyyət göstərdiklərini qeydə almaq, bu orqanların köməkliyi ilə seçkilərin demokratik keçirilməsinə nail olmaq, bütün namizədlərin, maraqlı qrupların bu monitorinqin nəticələrindən bəhrələnib öz seçki kampaniyalarını daha düzgün qurmasına yardım etməkdir.

Qeyd edək ki, seçki məsələləri ilə bağlı 5 radio və 12 televiziya kanalının monitorinqi aparılıb. Radiolar-ANS CM, "Radio-Lider", "Radio-Space", 106 FM və "Radio-Antenn" dalğalarıdır.

Televiziya kanallarından isə 5-i Bakıdan, 7-si bölgələrdən yayımlanan televiziyalardır. Az TV, ANS, Lider, Space, ATV, həmçinin Tovuz, Zaqatala, Lənkəran, Mincəçevir, Gəncə və Quba regional televiziyalarıdır.

Bu müddət ərzində seçkilərə adi informasiyaların hamısını qeydə alınaraq qiymətləndirilib. Nəticələrə görə seçkiyə ən çox yer verən və obyektivliyə ən yaxın olan radio və televiziya ANS CM radiosu və ANS kanalıdır.

Qeyd edək ki, monitorinqin may və iyun ayları üçün hesabatı açıqlanıb, iyul ayı üzrə nəticələr isə yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti