...

OKTAY MÖVSÜMOV: D-222 SAZİŞİ ÜZRƏ GƏLƏCƏK FƏALİYYƏTƏ DAİR MƏLUMATLARIN TƏHLİLİ VƏ QƏRAR QƏBUL EDİLMƏSİ ÜÇÜN BİR ÇOX MÜTƏXƏSSİSLƏR CƏLB EDİLİB

Siyasət Materials 12 Avqust 2005 19:42 (UTC +04:00)
OKTAY MÖVSÜMOV: D-222 SAZİŞİ ÜZRƏ GƏLƏCƏK FƏALİYYƏTƏ DAİR MƏLUMATLARIN TƏHLİLİ VƏ QƏRAR QƏBUL EDİLMƏSİ ÜÇÜN BİR ÇOX MÜTƏXƏSSİSLƏR CƏLB EDİLİB

Lukoil Overseas şirkətinin vitse-prezidenti Oktay Mövsümovun Trend agentliyinə eksklüziv müsahibəsi

- "Yalama" strukturunda ikinci kəşfiyyat quyusunun hansı qazma perspektivləri vardır? LUKOIL şirkətinin "Yalama"da qazma yaxud kəşfiyyat işlərinin davam etdirilməsindən imtina barədə qərar qəbul etməsi nədən asılıdır?

- D-222 blokunun da aid olduğu "Yalama-Samur" strukturu "Şərqi Qafqaz Manqışlaq" neft-qaz əyalətinin zəif öyrənilmiş dərin qazmalı perspektivli rayonunda yerləşir.Burada həm akvatoriyada, həm qərbdə, həm də Xəzər dənizinin şərq sahillərində mezozoy çöküntülərinin neft-qaz sənayesi quraşdırılıb.

İlk axtarış quyusunun qazmasında alınmış məlumatlar D-222 blokunda neft-qaz perspektivlərinin olmadığını göstərir.Əlbəttə, ilk quyunu qazaraq yatağı tez açmaq istərdik, amma bu, geoloji-kəşfiyyat layihəsidir.

Hazırda Azərbaycanın və Rusiyanın bir çox alim və mütəxəssisləri işə cəlb olunub ki, qısa müddətdə alınmış geoloji-geofiziki və digər xüsusi məlumatların bütün həcmini təhlil etsin və D-222 bloku üzrə sazişin gerçəkləşdirilməsində gələcək fəaliyyətə dair qərar qəbul edilsin.

- Əgər "Yalama"da ikinci kəşfiyyat quyusunun nəticələri birincidə olduğu kimi alınsa, LUKOIL burada işləri davam etdirəcək yaxud qazmanı yalnız iki quyu ilə məhdudlaşdıracaq?

Kifayət qədər iri və nadir yataqlar onlarla "quru" quyuların qazılmasından sonra açılanda iri yataqların açılış tarixində karbohidrogenlər nadir hal deyil.Bunun üçün isə qəti inam lazımdır ki, bu sahənin (struktur, blok) hüdudlarında neft yaxud qaz vardır.

Uğursuzluğun səbəbini isə, biz perspektivli obyektlərin geoloji quruluşu prinsiplərində və karbo-hidrogenlərin mümkün paylaşdırılmasından anlaya bilərik.İstənilən qərarı əsaslandırmaq və sübut etmək lazımdır.

İkinci quyu çərçivəsində hər-hansı seysmoloji tədqiqatların aparılmasına zərurət vardır yaxud LUKOIL yekunu ilk quyunun nəticələri əsasında edəcək?

- Xeyr, belə bir zərurət yoxdur. "Yalama-Samur" strukturunda seysmik 2D sıxlığı kifayət qədər yüksəkdir.Axtarış qazmasına hazırlıqda 6000 uzununa ölçülən kilometrdə 2D seysmika və 350 kv.km. 3D seysmika aydınlaşdırılıb ki, bu da bizə həmin strukturu dərin qazmaya hazırlanmış bölməyə aid etməyə əsas verir.İlk axtarış quyusunun qazma prosesində tərəfimizdən LUKOIL və ARDNŞ arasında təsdtiq edilmiş tədqiqatlar Proqramı tamamilə yerinə yetirilib.

Nadir geoloji-geofiziki göstəricilər alınıb.Bunlar qazmayadək yerinə yetirilmiş seysmoloji tədqiqatlarla birgə ümumilikdə "Yalama-Samur", xüsusilə isə D-222 blokunda geoloji quruluş barədə nəticə çıxarmağa imkan verir.

İndi biz alınmış nəticələri işləyib-hazırlayırıq və ilin sonunadək eniş yerinə dair və Xəzər dənizinin D-222 bloku hüdudlarında ikinci kəşfiyyat quyusunda qazma məqsədilə qərar qəbul edəcəyik.Məmnuniyyətlə qeyd edim ki, Azərbaycanın bir sıra elmi-istehsalat təşkilatları bu işdə bizə kömək edir.

- LUKOIL şirkətinin "Hövsan-Zığ" layihəsindən çıxması üzrə bütün əməliyyatlar başa çatıbmı? Yəni, avadanlığın balansdan balansa qəbulu və verilməsi, hüquqi məsələlər və s.

- Şirkətin layihədən çıxması üzrə əməliyyatlar başa çatdırılıb, hüquqi məsələlər yoxdur.Amma bu o demək deyil ki, LUKOIL tədricən Azərbaycan Respublikasından getməyə hazırlaşır.İndi biz Azərbaycanda iki layihədə cəmləşmişik - D-222 və "Şah-Dəniz".

Xüsusilə qeyd edim ki, ikinci layihənin inkişafı üçün iyulun sonunda AYİB ilə Şirkətə 180 mln.ABŞ dolları həcmində kreditin verilməsinə dair saziş imzalanıb.Biz respublikada fəal işləməkdə davam edəcəyik və hər iki layihənin uğurlu nəticəsinə inanırıq.

Xəbər lenti

Xəbər lenti