...

MSK XANKƏNDİ SEÇKİ DAİRƏSİNİN SEÇİCİLƏRİNƏ MÜRACİƏT ÜNVANLAYIB

Siyasət Materials 12 Avqust 2005 20:31 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyası (MSK) bu il keçiriləcək parlament seçkilərində 122 saylı Xankəndi seçki dairəsinin fəaliyyətə başlaması ilə əlaqədar həmin seçki dairəsinin seçicilərinə müraciət qəbul edib. Bu barədə Trend ə MSK-dan məlumat verilib.

Müraciətdə bu il noyabrın 6-da Milli Məclisə seçkilər barədə məlumat verilir, seçkinin azad, ədalətli keçiriləcəyi, seçki hüququ olan bütün vətəndaşların, o cümlədən erməni əsilli Azərbaycan vətəndaşlarının öz hüquqlarını həyata keçirmələi üçün tam şərait yaradıldığı bildirilir.

"İşğal altında olan Azərbaycan ərazilərində Ermənistan tərəfindən qondarma separatçı rejimin yaradılması nəticəsində Azərbaycan Respublikasının erməni millətindən olan vətəndaşları bir qrup təcavüzkarın əlində oyuncağa çevrilib, öz konstitusiya hüquqları ilə yanaşı aktiv və passiv seçki hüquqlarından da məhrum olublar.

MSK işğal altında olan ərazilərimizdə yaşayan erməni mənşəli Azərbaycan vətəndaşlarını öz konstitusiya hüquqlarının təmin edilməsi üçün separatçı rejimin aradan qaldırılmasına yardımçı olmağa çağırır"-deyə müraciətdə bildirilir.

Müraciətdə qeyd olunur ki, 122 saylı Xankəndi seçki dairəsinin təşkili Azərbaycanın həmin ərazidəki vətəndaşlarının seçki hüququnun bərpa olunması məqsədənə xidmət edir.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd və regionun başqa yaşayış məntəqələrinin erməni əsilli Azərbaycan vətəndaşları da öz aktiv seçki hüquqlarını 122 saylı Xankəndi və 124 saylı Şuşa-Füzuli-Xocalı-Xocavənd seçki dairələrində, passiv seçki hüquqlarını isə Azərbaycanın bütün ərazisində mövcud olan seçki dairələrində həyata keçirə bilərlər.

Xəbər lenti

Xəbər lenti