...

122 SAYLI XANKƏNDİ SEÇKİ DAİRƏSİNİN FƏALİYYƏTİ BƏRPA EDİLDİ

Siyasət Materials 12 Avqust 2005 20:34 (UTC +04:00)

Avqustun 12-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. Trend in məlumatına görə, iclasda MSK 122 saylı Xankəndi seçki dairəsinin fəaliyyətə başlaması, həmin dairə seçki komissiyasının üzvlərinin təyin edilməsi haqqında qərar çıxarıb. Həmçinin Xankəndi dairə seçki komissiyasına tapşırılıb ki, seçki dairəsinin mərkəzi ilə bağlı qısa müddətdə MSK-ya təklif versin.

Sonra MSK 122 saylı Xankəndi seçki dairəsinin fəaliyyətə başlaması ilə əlaqədar həmin seçki dairəsinin seçicilərinə müraciətin layihəsini təsdiq edib. İclasda 2005-ci il noyabrın 6-da keçiriləcək parlament seçkiləri ilə əlaqədar "Azərbaycançı Qüvvələr" siyasi partiyalar blokunun embleminin təsdiq edilməsi məsələsinə də baxılııb və həmin blokunun embleminin təsdiqi barədə qərar qəbul edilib.

MSK katibi Vidadi Mahmudov səsvermə gününədək seçki komissiyalarının iclaslarını müşahidə etmək istəyən şəxslərə xüsusi icazənin verilməsi məsələsi barədə məlumat verib.

İclasda MSK-ya daxil olmuş müraciətlərə də baxılıb, müvafiq qərarlar qəbl edilib. MSK bəzi seçki məntəqələrinin yenidən təşkil edilməsi haqqında da qərar cıxarıb. Sonra MSK bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibinin dəyişdrilməsi haqqında qərarlar qəbul edib.

Xəbər lenti

Xəbər lenti