...

"AZADLIQ" BLOKU KÜRDƏMİRDƏ MİTİNQ KEÇİRMƏKDƏ İSRARLIDIR

Siyasət Materials 13 Avqust 2005 12:45 (UTC +04:00)

"Azadlıq" bloku avqustun 14-də saat 11.00-da Kürdəmirdə mitinqi keçiriləcək. Bu barədə Trend ə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-islahatçılar) sədrinin müavini Həsən Kərimov məlumat verib. O, bildirib ki, Kürdəmir rayon icra hakimiyyəti şəhərin mərkəzində mitinq keçirilməsinə icazə verməyib. Lakin buna baxmayaraq Kürdəmir müxalifətçiləri şəhərin mərkəzində aksiya keçirməkdə israrlıdırlar.

Avqustun 21-də "Azadlıq" blokunun Qubada və Lənkəranda da mitinqlərinin keçirilməsi planlaşdırılıb. Aksiyalarla bağlı həmin rayonların icra hakimiyyətlərinə müraciət olunub. Qubanın icra hakimiyyəti şəhərin mərkəzində aksiya keçirilməsinə icazə verməyib, əvəzində aksiyanı şəhərdən kənarda yerləşən stadionda keçirməyi təklif edib. Lakin "Azadlıq" blokunun yerli nümayəndələri bu təkliflə razılaşmayıblar və avqustun 13-də icra hakimiyyətinə təkrar müraciət göndərməyi qərara alıblar. Avqustun 21-də həmçinin Lənkəranda mitinq keçirilməsi ilə bağlı müraciət olunub. Lənkəran şəhər icra hakimiyyətindən müraciətə hələki cavab verilməyib.

Xəbər lenti

Xəbər lenti