...

HƏRBİ KURSLAR KEÇİRİLƏCƏK

Siyasət Materials 13 Avqust 2005 12:55 (UTC +04:00)

Avqustun 15-dən 19-dək Bakı şəhərində "Hava məkanının idarəedilməsinə nəzarət" üzrə hərbi kurs keçiriləcək. Bu barədə Trend agentliyinə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, hərbi kurs Azərbaycan Respublikası ilə ABŞ arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq nəzərdə tutulub.

Elə həmin tarixlərdə Azərbaycan Respublikası ilə Türkiyə Republikası arasındakı hərbi əməkdaşlıq planına uyğun olaraq nəzərdə tutulmuş "Türkiyə Silahlı Qüvvələrində maddi-texniki təminat və texniki plan ilə tanışlıq" adlı daha bir hərbi kurs Ankara şəhərində, "Hərbi hava qüvvələri üzrə kiçik kalibrli silah" adlı kurs isə Altınova və Yalova şəhərlərində keçiriləcək.

Avqustun 16-dan 21-dək isə Azərbaycan Respublikası ilə Rusiya Fedearsiyası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Moskva vilayətinin Çukovsk rayonunda aviasiya və kosmik texnika üzrə beynəlxalq "MAKS-2005" sərgisi keçiriləcək.

Məlumatda o da bildirilir ki, adıçəkilən tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti