...

ƏFQANISTAN VETERANLARI İTTİFAQININ 5-ci KONFRANSI KEÇİRİLİB

Siyasət Materials 13 Avqust 2005 14:22 (UTC +04:00)

Avqustun 13-də Bakıda Azərbaycan Respublikası Əfqanıstan Veteranları İttifaqının konfransı keçirilib. Bu barədə Trend ə İttifaqın sədr müavini Nizami Məmmədov verib.

Onu sözlərinə görə, konfrans bu yaxınlarda Azərbaycana gəlmiş MDB Hökumətləri Yanında Beynəlmiləlçi Döyüşçülərin İşi Üzrə Koordinasiya Şurasının rəhbəri Ruslan Auşovun tövsiyyələri nəticəsində keçirilib.

Sayca beşinci olan konfransda Əfqanıstan Veteranları İttifaqına yeni sədr seçilib. İdarə Heyətinin və Nəzarət-təftiş Komissiyasının tərkibləri yenidən formalaşıb.

"Əfqanıstan Veteranlar İttifaqının keçmiş sədrinin I müavini Məhəmməd Vəliyev səs çoxluğu ilə İttifaqın sədri vəzifəsinə seçilib.

Nəzarət-Təftiş Komissiyası tərkibinə 3 nəfər, İdarə Heyətinin tərkibinə isə 7 nəfər daxil edilməklə yenidən formalaşdı" - deyə N.Məmmədov bildirib.

N.Məmmədov daha sonra qeyd edib ki, konfransda baş nazirin I müavini Abbas Abbasov və MDB Hökumətləri Yanında Beynəlmiləlçi Döyüşçülərin İşi Üzrə Koordinasiya Şurasının sədr müavini Leonid Pavloviç Upr da iştirak edib.

Xatırladaq ki, hazırda Nəsimi rayon Məhkəməsində hakim Ələddin Cəfərovun sədrliyi ilə ƏVİ-nın keçmiş sədri Məmməd İskəndərovun məhkəməsi davam edir.

Məlum olduğu kimi o, vəzifə saxtakarlığında, ƏVİ-yə məxsus torpaq sahələrini satmaqda, sənədləri saxtalaşdırmaqda və s. cinayət əməllərində təqsirləndirilir.

Onu da qeyd edək ki, bir qədər əvvəl M.İskəndərov barəsində cinayət işi qaldırılmasına və işinin məhkəməyə verilməsinə baxmayaraq o, yaxın günlərə qədər İttifaqın sədri vəzifəsində çalışırdı.

Ancaq məhkəmənin gedişi zamanı M.İskəndərovun həmin vəzifədən uzaqlaşdırılması barədə hakimin çıxardığı qərardan sonra o, həmin postla vidalaşıb.

Xəbər lenti

Xəbər lenti