...

AZƏRBAYCANIN MÜDAFİƏ NAZİRİ RİQAYA YOLA DÜŞÜB

Siyasət Materials 15 Avqust 2005 11:48 (UTC +04:00)

Avqustun 15-də Azərbaycanın müdafiə naziri Səfər Əbiyev Latviyanın müdafiə naziri Eynars Repşenin (Einars Repse) dəvəti ilə birgünlük rəsmi səfərlə Lativiyaya yola düşüb. Bu barədə Trend ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Səfər proqramında Latviyanın müdafiə naziri Eynars Repşe, Milli silahlı qüvvələr komandanı, vitse-admiral Qaydis Andreys Zeybots (Gaidis Andrejs Zeibots), xarici işlər naziri Artis Pabriks (Artis Pabriks), seys sədri İnqrida Udre (Ingrida Udre) və Lativiyanın digər vəzifəli dövlət nümayəndələri ilə görüşlər nəzərdə tutulub.

Görüşlərdə Azərbaycan və Latviya arasında ikitərəfli əməkdaşlığın inkişafı, avroatlantik tərəfdaşlıq, NATO-nun Qafqazın tərəfdaş ölkələri ilə əlaqələri, Latviyanın Cənubi Qafqaz regionu ölkələrinə yardım göstərməsi, birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunacaq.

Danışıqların yekunu üzrə hər iki ölkə arasında hərbi sahədə əməkdaşlığa dair saziş imzalanacaq.

Xəbər lenti

Xəbər lenti