...

ATASƏNAYE XAÇMAZDA MAKARON FABİRKİNİN İNŞASINA SENTYABRDA BAŞLAMAQ NİYYƏTİNDƏDİR

Siyasət Materials 15 Avqust 2005 13:10 (UTC +04:00)

Atasənaye (Ata Holding-in müəssisəsi) Xaçmazda makaron fabrikinin inşasını müvəqqəti olaraq təxirə salıb, bu barədə Trend ə müəssisədə bildirilib. Əvvəlcə işlərə avqustda başlamaq planlaşdırılırdı, lakin hazırda bütün səylər quş məhsulları istehsal edəcək Shemkiraqroistehsalat zavodunun tikintisinin başa çatdırılmasına yönəldilib.

Fabrik BM kimi fəaliyyət göstərəcək. Hazırda İtaliyanın "Fava" şirkəti ilə danışıqlar aparılır. Sentyabrda şirkətin nümayəndələri bir sıra məsələləri müzakirə etmək üçün Bakıya gələcəklər. Fabrikdə İtaliya istehsalı olan avadanlıqlar quraşdırılacaq, burada istehsal olunan makaron məmulatlarına isə həmin şirkətin nişanları vurulacaq.

Məhsulun üzərində onun azərbaycanda istehsal olunduğu göstəriləcək. Həmçinin fabrikdə istehsal olunan makaron məmulatlarınn 70%-ə qədərinin ixrac olunacağı planlaşdırılır.

Layihə dəyəri 5 mln dollar olan fabrikin illik istehsal gücü 11-12 min ton təşkil edəcək. Təxminən 150 nəfər adam bu müəssisədə işlə təmin olunacaq. Fabrik gələn ilin ortalarında istismara veriləcək.

Xəbər lenti

Xəbər lenti