...

ƏLİ KƏRİMLİ MÜŞAVİRİNİ VƏZİFƏSİNDƏN UZAQLAŞDIRIB

Siyasət Materials 15 Avqust 2005 13:43 (UTC +04:00)

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-islahatçılar) sədri Əli Kərimlinin müşaviri Ramiz Tağıyev vəzifəsindən uzaqlaşdırılıb. Bu barədə Trend ə AXCP-dən məlumat verilib. Qeyd edək ki, Ramiz Tağıyev son günlər AXCP ilə bağlı yaranmış hadisələr zamanı qalmaqallı çıxışları və gözlənilməz mövqeyi ilə yadda qalıb.

O, mətbuat konfransı keçirərək müşaviri olduğu AXCP sədrinin barəsində ittihamlar səsləndirib, Əli Kərimlinin istefaya getməsini, partiyanın rəhbər strukturlarının dəyişdirilməsini tələb edib. AXCP rəhbərliyi isə Ramiz Tağıyevi bu mövqeyinə görə onu xəyanətkarlıqda və hakimiyyətin sifarişini yerinə yetirməkdə günahlandırır.

AXCP sədri öz müşavirinin vəzifəsindən azad olunmasına dair sərəncam verib.

AXCP-nin Rəyasət Heyəti avqustun 15-də Ramiz Tağıyevin tamamilə partiya sıralarından xarıc olunmasına dair qərar çıxaracaq.

Xəbər lenti

Xəbər lenti