...

8 SİYASİ PARTİYA ƏDLİYYƏ HAZİRLİYİHDƏ QEYDİYYATDAH KEÇİB

Siyasət Materials 15 Avqust 2005 14:36 (UTC +04:00)

Azərbaycanın Ədliyyə Nazirliyində 8 siyasi partğiya dövlət qeydiyyatından keçib. Nazirlikdən Trend ə verilən məlumata görə, bunlar Azadlıq Partiyası, Azərbaycanda Demokratik İslahatlar Partiyası, Azərbaycanın Tərəqqi Partiyası, Böyük Azərbaycan Partiyası, Bütöv Azərpbaycan Xalq Cəbhəsi Partiyası və Vətəndaş Birliy partiyalarıdır. Onların təsis sənədləri qanunvericiliyin tələblərinə müvafiq olaraq Hazirliyin iradları və tövsiyyələri əsasında hazırlanıb və yalnız bundan sonra onların qeydiyyatdan keçməsi mümkün olub.

Həmçinin qeydiyyatdan 50-dən artıq qeyri-hökumət təşkilatı da keçib. Bunun yanaşı, Azərbaycan Xalq Cəbhəsi (klassiklər) Partiyasının sənədlərinin qanuna uyğun gəlmədiyi aşkar olunub və həmçinin AXCP adlı eyni adlı partiyanın fəaliyyət göstərdiyini nəzərə alaraq onlara partiyanın adında və sənədlərdə müvafiq dəyişiklər edilməsi təklif olunaraq onların qeydiyyatdan keçirilməsindən imtina olunub.

Ədliyyə Hazirliyindən bildiriblər ki, 2004-cü ildə qeydiyyatdan keçmə prosedurasınnı sadələşdirilməsi nəticəsində dövlət qeydiyyatından keçən hüquqi şəxslərin sayı əvvəlki illə müqayisədə 46% artıb və 5110-na çatıb. Ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb olunması hesabına xarici kapitalla çalışan kommersiya hüquqi şəxslərin miqdarı 41% artıb və bu tendensiya 2005-ci ildə də saxlanılıb. Belə ki, regionlarda 40% -dən artıq kommersiya təşkilatı yaradılıb.

Hazırda Azərbaycanda 1900 qeyri-hökumət təşkilatı, 50 siyasi partiya dövlət qeydiyyatından keçib, 2150 KİV təsis edilib.

Xəbər lenti

Xəbər lenti