...

VƏFA QULUZADƏ: ABŞ-LA İRAN ARASINDA HƏRBİ ƏMƏLİYYATLARDAN DANIŞMAQ HƏLƏ TEZDİR VƏ BU MƏSƏLƏ YAXIN PERSPEKTİVDƏ AZƏRBAYCANA TƏSİR ETMƏYƏCƏK

Siyasət Materials 15 Avqust 2005 14:51 (UTC +04:00)
VƏFA QULUZADƏ: ABŞ-LA İRAN ARASINDA HƏRBİ ƏMƏLİYYATLARDAN DANIŞMAQ HƏLƏ TEZDİR VƏ BU MƏSƏLƏ YAXIN PERSPEKTİVDƏ AZƏRBAYCANA TƏSİR ETMƏYƏCƏK

ABŞ-la İran arasında hərbi əməliyyatlardan danışmaq hələ tezdir və bu məsələ yaxın perspektivdə Azərbaycana təsir etməyəcək. Belə bir bəyanatla Azərbaycan prezidentinin siyasi məsələlər üzrə keçmiş müşaviri, politoloq Vəfa Quluzadə İranla Atom üzrə Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) arasında yaranmış növbəti qalmaqalı şəhr edəçrkən Trend ə verdiyi ekskluziv müsahibəsində çıxış edib.

Onun fikrincə, yaxın perspektivdə İran Amerika müharibəsindən danışmaq düzgün deyil.

"Bu məsələ ilə bağlı İranın mövqeyi sona qədər hələ aydın deyil", - deyə V. Quluzadə qeyd edib və Tehranın MAQATE-nin qətnaməsinin qəbul edəccəyi mümkünlüyünü istisna etməyib, Həmin qətnamədə İran İsfahandakı atom stansiyasında uran filizindən qaz alınmasının dayandırılmasına çağırılır.

"ABŞ heç vaxt təkbaşına İrana qarşı hərbi əməliyyatlara başlamaz", deyə politoloq qeyd edib. O bildirib ki, bunun üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qərarı olmalıdır. "Bu məsələni BMT-nin başı üzərindən həll etmək çox çətindir", - deyə Vəfa Quluzadə bildirib.

O həmçinin qeyd edib ki, "bu gün Azərbaycanın siyasi həyatının gündəliyində İranla MAQATE arasında olan böhrandan daha mühüm məsələlər var.

Xəbər lenti

Xəbər lenti