...

160 ƏMƏKDAŞ PROKURORLUQ ORQANLARINDAN AZAD EDİLİB

Siyasət Materials 15 Avqust 2005 16:46 (UTC +04:00)
160 ƏMƏKDAŞ PROKURORLUQ ORQANLARINDAN AZAD EDİLİB

Avqustun 16-da Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov jurnalistlərlə söhbəti zamanı bildirib ki, son bir neçə il ərzində prokurorluq orqanlarında islahatların aparılması üçün geniş normativ hüquqi baza yaradılıb.

Qəbul edilmiş yeni qanunlara müvafiq olaraq prokruorluq orqanlarında da ilk dəfə genişmiqyaslı ixtisarlar həyata keçirilib. "Xidməti fəaliyyətində yol verdiyi ciddi nöqsanlara görə son beş il ərzində 160 nəfərə yaxın əməkdaş prokurorluq orqanlarından xaric edilib. 100 nəfərə yaxın əməkdaşsa rəhbər vəzifədən azad olunub.

Real iş həcminə uyğun ştatlar müəyyənləşdirilib. Hazırda prokurorluq oqanlarında 943 əməkdaş fəaliyyət göstərir" - deyə Zakir Qaralov bildirib.

Baş Prokuror ixtisarlarla bərabər yeni statusla müvafiq olaraq lüzumsuz qurumların ləğv edildiyini, şöbələrin və idarələrin sayının əhəmiyyətli dərəcədə azaldıldığını da vurğulayıb.

Onun sözlərinə görə, islahatların tərkib hissəsi kimi sağlam kadr korpusunun fomralaşdırılması istiqamətində görülən tədbirlərdən biri də prokurorluq sahəsində çalışmağa qadir olan kadrların test üsulu ilə işə qəbul edilməsidir.

Baş Prokurorlun sözlərinə görə, yeni formalaşmış kadr korpusu Prokurorluğun fəaliyyətidə mövcud olan nöqsanların aradan qaldırılması istiqamətində kompleks tədbirlər həyata keçirib.

Xəbər lenti

Xəbər lenti