...

BEYNƏLXALQ QIRMIZI XAÇ KOMİTƏSİ POLİSLƏR ÜÇÜN SEMİNAR KEÇİRİR

Siyasət Materials 15 Avqust 2005 17:38 (UTC +04:00)

Avqustun 15-də Bakıda Beynəlxalq humanitar hüquq (IHL) və insan hüquqları haqqında beynəlxalq qanuna (IHRL) həsr olunmuş 5 günlük seminar öz işinə başlayıb. Bu barədə Trend ə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyində xəbər verilib.

BQXK və Azərbaycan DİN tərəfindən təşkil olunmuş seminar Nazirliyin təhsil, treninq və əməliyyatlar üzrə şöbələrinin 15 polis əməkdaşı üçün keçirilir. Seminar polis və hərbi qüvvələr üzrə BQX mütəxəssisləri tərəfindən keçirilir.

Seminarın keçirilməsində məqsəd IHL və IHRL sahəsində, həmçinin MQXK-nın fəaliyyətinə dair iştirakçıların biliklərinin artırılmasıdır. Onlar həmçinin hərbi əməliyyatların aparılması, komandirlərin məsuliyyəti, hüquq mühafizə orqanlarının işi, ictimai asayişin qorunmasına dair məlumat alacaqlar.

Bu seminar sayca 15-cidir və 2003-cü ilin iyunundan MQXK tərəfindən keçirilir. Belə seminarlarda artıq 60 polis əməkdaşı iştirak edib.

Xəbər lenti

Xəbər lenti