...

ƏLİ KƏRİMLİ İSVEÇİN DÖVLƏT KATİBİ İLƏ GÖRÜŞÜB

Siyasət Materials 15 Avqust 2005 19:24 (UTC +04:00)

Azərbaycan Xalq Cəbhəsi (islahatçılar) Partiyasının sədri Əli Kərimli avqustun 15-də İsveçin baş nazir yanında dövlət katibi Lars Denielson, baş nazirin müvaviri Helen Eduards, siyasi məsələlər üzrə müşavir Mariya Elizabet Danielson və baş nazir ofisinin məsul əməkdaşı Byorn Duqlas Fareqberqlə görüşüb.

AXCP-dən Trend ə bildirilib ki, görüşdə əsasən Azərbaycan-İsveç əlaqələrinin genişləndirilməsi perspektivləri və Azərbaycanın Avropa Birliyinə inteqrasiyası müzakirə olunub. Qonaqlar qarşıdan gələn parlament seçkisinin demokratik keçirilməsiniAvropaya inteqrasiyanın mühüm şərti kimi vurğulayıblar.

AXCP sədri həmin gün həmçinin Norveçin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili, xanım Gorel Yohensenlə görüşüb. Görüşdə son vaxtlar ölkədə yaranmış ictimai-siyasi vəziyyət müzakirə olunub, həmçinin "Azadlıq" blokunun bu günlərdə keçirdiyi ilkin seçkinin nəticələri, bölgələrdə keçirilən mitinqlər barədə də fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti