...

MƏZAHİR PƏNAHOV: QARABAĞIN ERMƏNİ İCMASI AZƏRBAYCANDAKI PREZİDENT SEÇKİLƏRİNDƏ İNTERNET VASİTƏSİLƏ İŞTİRAK EDƏ BİLƏRLƏR

Siyasət Materials 16 Avqust 2005 13:55 (UTC +04:00)
MƏZAHİR PƏNAHOV: QARABAĞIN ERMƏNİ İCMASI AZƏRBAYCANDAKI PREZİDENT SEÇKİLƏRİNDƏ İNTERNET VASİTƏSİLƏ İŞTİRAK EDƏ BİLƏRLƏR

Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) ölkə Konstitusiyasının əsas qaydalarını əsas tutaraq ölkənin işğal olunmuş əraəzilərində dairə seçki komissiyalarının formalaşdırılması barədə qərar qəbul edib. Trend in məlumatına görə, bu barədə MSK-nın sədri Məzahir Pənahov məlumat verib.

"Seçki dairələri artıq çocxdan yaradılsa da, bu dairə komissiyaları ilə bağlı məsələ açıq qalıb", -deyə M.Pənahov bildirib və qeyd edib ki, davam edən seçki danışıqları səbəbindən Azərbaycanın MSK-sı belə komissiyaların yaradılmasına heç cəhd də göstərməyib.

"Biz münaqişənin tezliklə nizamlanacağına ümid edirdik. Lakin Azərbaycan ictimaiyyətinin rəyinin nəzərə alaraq biz Xankəndinin mərkəzində dairə seçki komissiyasının yaradılması barədə qərar qəbul etdik",- deyə M.Pənahov bildirib. O qeyd edib ki, bu məsələ ilə bağlı MSK üzvləri arasında heç bir fikir ayrılığı yoxdur.

"Biz bu dairənin fəaliyyət göstərməsi üçün əlimizdən gələn hər şeyi edirik", -deyə Azərbayhanın MSK-nin rəhbəri bildirib. O, həmçinin "digər dairələr üçün qanunvericilikdə nəzərdə tutulmayan", eləcə də, internet vasitəsilə səsvermənin keçirilməsini tədbirlərin həyata keçiriləcəyini istisna etməyib.

Dairə komissiyalarının yerləşdirilməsi məsələsinə gəldikdə, M.Pənahov bildirib ki, komissiyalar artıq özlərinin ilk iclaslarını keçiriblər və yerləşdirmə məsələsi də onların səviyyəsində həllini tapacaq. "Artıq Xankəndi dairə komissiyasının sədri və katibi seçilib", -deyə bildirən skazal M. Pənahov qeyd edib ki, bu məsələ ilə bağlı məlumatlar yaxın günlərdə Azərbaycanın MSK-na daxil olacaq.

Sonda MSK sədri həmin seçki dairələri üzrə namizxəddlərin irəli sürüləcəyi məsələsi barədə də öz fikrini bildirib. "Həmin dairə seçki komissiyalarının olmaması üzündən bundan əvvəl namizədlər birbaşa Azərbaycanın MSK-na müraciət edirdilər. Lakin bu komissiyaların yaradılmasından sonra bütün ərizələr bilavasitə bu struktura

göndəriləcək", - deyə M.Pənahov qeyd edib. Onun sözlərinə görə, yaxın vaxtlarda bu dairələr üzrə namizədlərin qeydiyyatı başlanacaq.

Xəbər lenti

Xəbər lenti